16 Yanvar 2016 16:06
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda Azərbaycan vətəndaşının cəsədi tapılıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı azərbaycanlının cəsədi qum karxanasına gedən yolda şlaqbaumun yanında aşkarlanıb.

Meyit ölümün səbəblərinin araşdırılması üçün morqa göndərilib.

İlkin məlumata görə, cəsədin müayinəsi zamanı sol gözdə hematoma olduğu aşkarlanıb. Hadisə yerində isə sənədlər, içində qonur rəngli maye olan şpris və qadın sırğası tapılıb.


Müəllif: