18 Yanvar 2016 15:52
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deputatı olduğu Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 42, 151, 35 və 164 saylı orta məktəbləri ziyarət edib.

Teleqraf.com xəbər verir ki, millət vəkili məktəblərdə təhsilin səviyyəsi, təhsil işçilərinin problemləri ilə yaxından maraqlanıb.

Məktəblərin rəhbərliyi ilə mövcud problemləri, təhsilin inkişafı və müəllimlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həlli vacib olan məsələləri müzakirə edib.

Cavidan


Müəllif: