18 Yanvar 2016 16:08
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) və Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma memorandumu imzalanıb.

DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, razılaşma memorandumu mövcud normativ-hüquqi aktlara əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Azərbaycanın iqtisadi inkişafına istiqamətlənmiş fəaliyyətin səmərəliliyinin müasir dövrün çağırışlarına uyğun olaraq, daim artırılması zəruriliyindən çıxış edərək gömrük orqanlarının xəttilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi üçün iki orqan arasında sıx əməkdaşlığın qurulmasını özündə ehtiva edir.

Memorandumun predmetini qanunvericiliklə Dövlət Gömrük Komitəsi və Hesablama Palatasına həvalə edilmiş səlahiyyətlərin icrası zamanı operativliyin təmin olunması məqsədilə qarşılıqlı fəaliyyətin aspektləri baxımından koordinasiya və əməkdaşlıq təşkil edir.

Tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində dövlətin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə hər iki orqanın üzərinə düşən vəzifələrin səmərəli şəkildə icrası istiqamətində əməkdaşlıq etməklə yanaşı, bu Memorandumun predmetinə aid sahədə həyata keçirdikləri funksional fəaliyyətləri barədə məlumat mübadiləsi öhdəliyi müəyyən olunub.

Naibə QURBANOVA


Müəllif: