18 Yanvar 2016 17:48
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil müəssisələrində çalışan işçilərin əməkhaqları artırılıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilən aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Müəllif: