18 Yanvar 2016 18:00
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Müəllif: