19 Yanvar 2016 13:29
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iclasında çıxış edən deputat Elmira Axundova bankları ciddi tənqid edib.

Teleqraf.com-un xəbərinə görə, millət vəkili xüsusilə "Texnikabank"ın öz müştərilərini aldatdığını, əmanətlərini qaytarmadığını vurğulayıb.

Onun sözlərinə görə, prezident İlham Əliyev son müşavirə zamanı iqtisadi blokla bağlı ciddi tapşırıqlar verib: “Prezident bəyan etdi ki, sosial durum əsas olacaq. Əhali prezidentin bu çıxışını müsbət qarşılayıb. Fikrimcə, bəzi məsələlərə yenidən baxılmalıdır. Bank sisteminə yaradılan inamsızlıq aradan qaldırılmalıdır. Ajiotaja görə bütün məsuliyyətiəhalinin üzərinə atmaq olmaz. Əhali banklara inanırdı. Bəzən evini satıb banka qoyurdu ki, əlavə gəlir əldə etsin. "Texnikabank"da xoşagəlməz proseslər baş verdi. Hətta bu proseslər həbslərin aparılması ilə nəticələndi. Sıravi insanlar bundan ziyan çəkməməlidir. "Texnikabank"da əhalinin əmanətlərini hələ də qaytarmayıblar. Üstəlikə pulun dəyəri əvvəlki illərlə müqayisədə düşüb. Zərərçəkənlərin pulları qaytarılmalıdır".

Deputat qeyd edib ki, dollar alış-satışı ilə bağlı problemlər var: “Qara bazar"da dollar satırdılar. Mən özüm banka getdim, amma dedilər, dollar yoxdur. Səbəbini soruşanda dedilər ki, Milli Bank məzənnəni elan etsə də, dollar satmayıb. Amma "qara bazar"da dollar satırdılar. Bundan kim qazandı? Təbii ki, 4-5 nəfər. "Bank Of Azərbaycan" bağlanıb. Orada olan əmanətlərin taleyi "Texnikabank"da olan əmanətlərin taleyi kimi olmayacaqmı? Bunlar ciddi məsələlərdir. Buna əncam çəkilməlidir”.

Nemət


Müəllif: