20 Yanvar 2016 17:03
384

Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi məlum olub.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, tərkibə dörd yeni nümayəndə daxil edilib: "Bunlar yeni seçilmiş millət vəkilləri Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Tahir Mirkişili və Elşad Həsənovdur".

Xatırladaq ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin tərkibinə altı millət vəkili daxildir. Digər iki nümayəndə Milli Məclisin vitse-spikeri Bahar Muradova və millət vəkili Azay Quliyevdir.


Müəllif: