22 Yanvar 2016 16:53
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Habil Məmmədov vergilər nazirinin yeni müşaviri təyin edilib.

Vergilər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, H.Məmmədov büdcə proqnozlaşdırma məsələlərini kurasiya edəcək.

O, eyni zamanda nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsində çalışmağa davam edəcək.

Bununla da hazırda vergilər nazirinin müşavirlərinin sayı 11-ə çatıb: Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Ələkbər Məmmədov, Rəhim Əfəndiyev, Riyad Hüseynov, Namiq Quliyev, Müsavər Nəbiyev, Məhəmməd Sadıqov və Habil Məmmədov.


Müəllif: