23 Yanvar 2016 10:04
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın şərq sahillərində yaşayan 85 milyon insan "Jonas" adı verilən qar fırtınasının təsiri altına düşüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Vaşinqtonda 70 santimetr qar yağması gözlənilir. Artıq 6200-dən çox təyyarə səfəri təxirə salınıb.

Rəsmi xəbərdarlıqdan sonra məktəblərdə dərslər təxirə salınıb. İnsanlar qida ehtiyatı üçün supermarketlərə axın ediblər.

Beynəlxalq dəmiryol şirkəti Amtrak da bəzi reysləri təxirə salıb. Şirkət hava şəraitinin pisləşəcəyi təqdirdə bütün səfərləri dayandıracağını açıqlayıb.

Qeyd edək ki, ölkənin şərqində bu cür hava sonuncu dəfə 1922-ci ildə qeydə alınıb.

Teleqraf.com fotoları təqdim edir:

Ramal


Müəllif: