23 Yanvar 2016 12:56
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının dayandırılması ilə bağlı iradları qəbul etmir.

Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, hesabat verilişinin yayımının dayandırılması ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb.

N.Məhərrəmli qeyd edib ki, MTRŞ serialların çəkilməsi ilə bağlı müqavilə öhdəliklərini əməl etmədiklərinə görə İTV və ANS kanallarını məhkəməyə verib: "Müxtəlif sahələr üzrə baş verən qanun pozuntuları barədə sənədlər toplanıb. Bizim heç bir kanala qarşı qərəzimiz yoxdur".

N.Məhərrəmli qeyd edib ki, ANS kanalı ilə bağlı şuranın indiyədək verdiyi bütün qərarlar qanuna əsaslanır: "Bütün efir məkanında qanun pozuntularının çox azaldığını deyə bilərik. Amma Azərbyacan efirində görülməli işlər çoxdur, orada olan bütün problemləri tədricən aradan qaldıracağıq".


Müəllif: