25 Yanvar 2016 14:34
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapmaq lazımdır.

Trend-in məlumatına görə, bunu AŞ PA-nın rəhbəri Ann Brassör AŞ PA-nın Strasburqda keçirilən növbəti sessiyasında çıxış edərkən deyib.

O bildirib: "Biz münaqişənin həllini tapmalıyıq, o, neçə ildir davam edir, amma irəliləyiş yoxdur".

A.Brassör qeyd edib ki, sessiyada debatlar tənzimlənmə üzrə irəliləyişlərə kömək edə bilər.

Qış sessiyası zamanı Azərbaycan üzrə iki məruzənin müzakirəsi keçiriləcək.


Müəllif: