27 Yanvar 2016 13:54
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İnsan Resurslarının İdarəolunması Şöbəsinin rəhbər işçisi Con Tomas və həmin təşkilatın Azərbaycandakı nümayəndəsi Daq Siqurdsonu qəbul edib.

Bu barədə Teleqraf.com-a qurumdan məlumat verilib.

Görüş zamanı hər iki qurum arasında əməkdaşlıq, o cümlədən Azərbaycanın istedadlı gənc mütəxəssislərinin BMT QAK-ın fəaliyyətinə cəlb edilməsinin təşviqi imkanları müzakirə edilib.

Səxavət


Müəllif: