27 Yanvar 2016 15:15
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində vətəndaş müraciətləri əhəmiyyətli şəkildə azalıb.

Bu barədə Teleqraf.com- a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata görə, 2015-ci ildə fondun öz saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.

Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində DSMF-nin aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26 faiz azalıb.

Naibə QURBANOVA


Müəllif: