27 Yanvar 2016 15:32
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirir.

Dövlət Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarında köməklik məqsədilə məhkumların istəklərinə uyğun olaraq 19 məhkum qadın üçün 3 aylıq “aşpaz köməkçisi” üzrə peşə hazırlığı kursu təşkil edilib.

Peşə hazırlığı kursunu uğurla bitirən məhkumların sertifikatla təltif edilməsi mərasimi keçirilib.

Tədbirdə həmçinin, məhkum qadınların problemləri dinlənilib, onların həlli istiqamətində işlərin aparılması üçün qeydiyyata alınıb.

İLHAMƏ


Müəllif: