27 Yanvar 2016 23:00
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

BŞ-dakı erməni lobbisi Qarabağa görə Ağ Evə təzyiq göstərir.

Publika.az xəbər verir ki, ABŞ Konqresinin üzvləri Bred Şerman və Adam Şif dövlət katibi Con Kerridən AŞPA-da Ermənistanın işğalçılıq siyasətini ifşa edən qətnamələrin müzakirəyə çıxarılması ilə bağlı konkret mövqe bildirməyi tələb edib.

Xatırladaq ki, AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının dünənki iclasında britaniyalı deputat Robert Volterin “Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik” və Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” qətnamələri müzakirə edilib. Səsvermə zamanı birinci qətnamə 66 lehinə, 70 əleyhinə olmaqla qəbul olunmayıb. İkinci qətnamə isə 98 lehinə səslə qurumdan keçib.

Kerriyə ünvanlanan müraciətdə konqresmenlər sözügedən qətnamələrin birtərəfli olduğu, bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əngəllər yaratdığı iddia edilib.

“Təcili olaraq, Minsk qrupunun fəaliyyəti dəstəklənməlidir. Bu formatdan imtina təkcə pis siyasət deyil, eyni zamanda, Amerika xalqına və çalışqan Amerika diplomatiyasına təhqiridir”, - deyə konqresmenlər bildiriblər.

Qeyd edək ki, hər iki konqresmen ABŞ-dakı erməni lobbisinin fəal üzvləri kimi tanınır. Misal üçün, Adam Şif Konqresdə dəfələrlə qondarma “erməni soyqırımı”nın tanınması çağırışı edib. O, Bred Şerman və Devid Çiçilinenlə birlikdə “erməni soyqırımı”nını tanınması üçün Konqresəı layihə də təqdim edib. Lakin bu konqresmenlərin ermənipərəst mövqeyi bununla yekunlaşmır.

2014-cü ildə hər iki konqresmen “Biz Azərbaycanın Ramil Sıfərov məsələsində göstərdiyi aqressiyaya qarşı ədalət tələb etməliyik” deyə hücuma keçmişdi. A. Şif hətta qondarma “DQR”-in müstəqilliyinin tanınması üçün kampaniyanın da müəlliflərindəndir.


Müəllif: