29 Yanvar 2016 14:55
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

Hərbi prokuror deyib ki, 2014-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalaranı pozma 33 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb.

Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.


Müəllif: