29 Yanvar 2016 15:13
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” (AZAL) 18 iyun 2016-cı il tarixindən etibarən Bakıdan Barselonaya müntəzəm reyslərin bərpa edilməsi barədə elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:45-də. Barselonadan uçuş - yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 19:10-da.

Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.

Barselona – İspaniyanın muxtar vilayəti Kataloniyanın paytaxtı və böyük dəniz limanlarından biridir. Barselonada Avropa rahatlığı və aktiv şəhər həyatı, zəngin infrastruktur və mədəni təmtəraq bir-biri ilə uzlaşır.

Bakı-Barselona-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

(+99412) 598-88-80
*8880

e-mail: callcenter@azal.az


Müəllif: