29 Yanvar 2016 16:11
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin xarici işlər üzrə dövlət naziri Yodzi Muto ilə iki ölkə münasibətlərini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin "Feysbuk" səhifəsində yazılır.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, iqtisadi və ticarət əlaqələrini, yüksək səviyyəli səfərlərin hazırlanması məsələlərini müzakirə ediblər.


Müəllif: