29 Yanvar 2016 16:17
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birləşməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olan məsələdir.

APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.


O, ölkədə struktur islahatlarının aparılmasına diqqət çəkib: "Müəyyən qurumlar birləşə, bəziləri ləğv oluna bilər. Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin. Dediyim kimi, bu, yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir”.


Müəllif: