1 Fevral 2016 09:45
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul şəhərinin Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən güclü cənub-şərq küləyi səbəbindən Bakı-İstanbul aviareysi təxirə salınıb. Pis hava şəraiti bu gün hava limanlarında ümumilikdə 24 xarici reysin təxirə salınmasına səbəb olub.

“Azərbaycan Hava Yolları” QSC-dən Teleqraf.com-a bildirilib ki, şirkət Bakıdan İstanbula olan bir reysini təxirə salıb: “Bu günə “B767-300” tipli təyyarə ilə yerinə yetirilməsi nəzərdə tutulan J2 077 saylı reys təxirə salınıb. Bakıdan saat 20:45-də yola düşməli olan aviareys, yerli vaxtla saat 23:50-də İstanbula enməli idi. Digər reyslərimizin təxirə salınması üçün cədvəldə dəyişiklik və ya təxirəsalma edilməyib”.
Şirkətdən bildirilib ki, sözügedən reysə bileti olan sərnişinlərə əvvəlcədən xəbərdarlıq olunub və biletləri digər reyslərlə əvəz edilib.

Qeyd edək ki, AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletin qiyməti bir tərəfə 220 manat, hər iki istiqamətdə isə 396 manatdan başlayır.


Müəllif: