Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir.
Teleqraf.com-un socar.az-a istinadən xəbərinə görə, Elşad Nəsirov bildiribr ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər.