Bakının Nizami rayonunda cibgirlik edən qadın məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İndira Məmmədova tutulub.
İndira Məmmədova yanvarın 30-da 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Narıngül Qasımovanın çantasından 50 manat oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov