3 Fevral 2016 17:22
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin işdən çıxarılmasının səbəbi onun 150 min dollarlıq dələduzluqda ittiham edilməsi barədə səslənən iddialarla bağlı olmayıb.

Bu barədə Teleqraf.com-a TQDK-dan məlumat verilib.

Komissiyadan deyilib ki, E.Nağızadə ailə vəziyyətinə görə öz ərizəsi ilə işdən azad edilib.

TQDK-dan bildiriblər ki, ötən il dekabrın ortalarında müqaviləsinə xitam verilən E.Nağızadənin işlədiyi dövr ərzində dələduzluq etməsi ilə bağlı hər hansı quruma şikayət də daxil olmayıb: “Elnur Nağızadə barəsində səslənən iddiaları hüquq-mühafizə orqanları araşdırmalıdır”.

Qeyd edək ki, E.Nağızadənin dələzduzluq etməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında E.Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.


Müəllif:

Oxşar xəbərlər