5 Fevral 2016 15:05
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağının 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 04 dekabr 2015-ci il tarixində “Günəşli” yatağının 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilib.

Keçirilən monitorinqlər zamanı sözügedən özül ətrafından müxtəlif nöqtələrdən (koordinatlar üzrə) dəniz suyu nümunələri götürülüb. Həmin nümunələr üzərində analitik, ekotoksikoloji və mikrobioloji təhlillər aparılıb. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib. Qəza baş vermiş ərazidə dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə monitorinqlərin keçirilməsi davam etdirilir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər