7 Fevral 2016 16:14
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda böyrək və digər orqanlarının transplantasiyası aparılmış xəstələrin sayı hər il 18-20% artır.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, hazırda respublikada böyrək və digər orqanların transplantasiyası aparılmış 580-ə yaxın xəstə qeydiyyatdadır. Onların mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına aparılır.

Növbəti illərdə böyrəkköçürmə əməliyyatlarının sayının artacağı proqnozlaşdırılır ki, bu da həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə əlavə maliyyə vəsaiti tələb edir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.

Hazırda respublikada fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2800-dən artıq xəstə hemodializ seansları ilə təmin olunur.


Müəllif: