8 Fevral 2016 17:36
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindın Teleqraf.com-a verilən məlumata görə, Gəncə-Sankt-Peterburq aviareysilə getmək üçün Gəncə Beynəlxalq Hava Limanına gələn Rusiya Federasiyasının vətəndaşı Susən İsmayılova gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib.

Susən İsmayılovanın hərəkətləri şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən saxlanılaraq onun əl çantası yoxlanılıb, eləcə də üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı Susən İsmayılovaya məxsus əl çantasının içərisindəki şəxsi əşyaların arasından, onun əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi 67ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 6700 ABŞ dolları aşkar olunub. Faktla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər