Sabirabad rayon sakini silah satarkən məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı və içərisində 8 ədəd patron olan patron darağını Masazır qəsəbəsi ərazisində satarkən tutulub.
Bundan başqa, Naxçıvan şəhər sakini Ramil Kəngərli tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd nömrəsi silinmiş “Desert Falkon” markalı qaz tapançasını, 1 ədəd nömrəsi silinmiş “İJ SPL-01” markalı idman tapançasını, 1 ədəd “F-1” qumbarasını, 5 ədəd patron darağını və 1124 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Naxçıvan ŞPİ-yə təhvil verib.
Hacı Zeynalov