10 Fevral 2016 13:26
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbhə xəttində erməniləri sakit oturmağa qoymuruq, ona görə zarıyırlar ki, gəlin, burada müşahidəni gücləndirək, özlərini beynəlxalq təzyiqlərdən sığortalamaq istəyirlər”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, Azərbaycan beynəlxalq meydanda sakit dayanmamalı, Ermənistana hər bir vasitə ilə təzyiq göstərməlidir: “Bizim səssiz durmamağımız özü-özlüyündə ermənilərə təzyiqdir. Bu təzyiqi BMT-də, ATƏT, AŞPA və NATO Parlament Assambleyasında da edirik. Hər bir parlamentdə ermənilərin işğalçı fəaliyyətini pisləyən qətnamələrin qəbuluna səy göstəririk. AŞPA-nın qış sessiyasında “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamənin qəbul edilməsi erməniləri həyəcanlandırdı. Çox sırtıq millətdirlər. Onların rəhbərləri cinayətkardır. Anlayırlar ki, Dağlıq Qarabağdan çıxsalar Serj Sarkisyan, Seyran Ohanyan erməni xalqının qarşısında cavab verməli olacaqlar. Çünki nəinki Azərbaycan xalqını, erməni xalqını da bəlaya məruz qoyublar. 20 ildir yaşadığımız əzab-əziyyətə görə cavab verməlidirlər. Cinayətkarların sakit şəkildə torpaqlarımızdan çəkilməsini gözləmək lazım deyil. Ermənilərlə iqtisadi və nəqliyyat blokadası, diplomatik və hərbi təzyiq dili ilə danışmalı, informasiya müharibəsi aparmalıyıq”.

Deputat onu da qeyd edib ki, digər sahələrdə büdcə vəsaitlərində azalma olsa da, hərbi büdcəmiz bir faiz belə azaldılmayacaq: “Biz büdcə və hərbi imkanlarımızı artıraraq Ermənistanı qəpik-quruşlarını da hərbi məqsədlə xərcləməyə məcbur edirik. Onları bu yolla ağıllandıra bilərik. Heç kəs müharibə istəmir, çünki riskli və təhlükəli bir şeydir. Ancaq Azərbaycan öz torpaqlarını güc yolu ilə də geri qaytarmaq
iqtidarındadır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər