10 Fevral 2016 15:07
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror Zakir Qaralov Kürdəmir rayonunda vətəndaşlarla görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüşdə Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 19-da saat 11:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Kürdəmir şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər