10 Fevral 2016 16:51
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiya və Ermənistanın bəzi dairələri tərəfindən Moskva və Qars müqavilələrinə dair iddiaların irəli sürülməsi ilə bağlı bəyanat yayıb.

QAT-ın mətbuat xidmətindən daxil olan bəyanatda deyilir: “Qarabağ Azadlıq Təşkilatı Rusiya və Ermənistanda bəzi dairələrin Moskva (16 mart 1921) və Qars (13 oktyabr 1921) müqavilələri ilə bağlı hay-küy salmalarını mənasız və populist, həmçinin qərəzli cəhd kimi dəyərləndirir. Bu təşəbbüslə çıxış edənlərin hamısı yaxşı bilirlər ki, hər iki müqavilənin ləğvi və ya hər hansı təftişi mümkün deyil.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, Moskva və Qars müqavilələri Azərbaycan və Türkiyə tərəfindən ciddi ərazi güzəştləri hesabına, həmçinin regionda ərazi mübahisələrinə son qoyulması, normal qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə imzalanıb”.

QAT diqqəti məsələnin digər tərəfinə yönəldib: “Moskva və Qars müqavilələrinin şərtləri sənədlər imzalanandan az sonra Rusiya və Ermənistan tərəfindən kobud şəkildə pozulub. Ermənistan 1920-1930-cu illərdə Rusiyanın birbaşa himayəsi altında Azərbaycanın Dərələyəz bölgəsini, Mehri-Cəbrayıl qəzasının 24 kəndini, Zəngilan rayonunun 7 kəndini, Şərurun 3 kəndini, Şahbuzun 6 kəndini və digər əraziləri zəbt edib. Bu ərazilərin hamısı Moskva və Qars müqavilələrinə görə Azərbaycanın tərkibinə daxil idilər. Ermənistan sonrakı illərdə də Azərbaycanın ərazilərini zəbt edib. Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi də Moskva və Qars müqavilələrinin şərtlərinin pozulması deməkdir. Biz hesab edirik ki, Azərbaycan və Türkiyə Moskva və Qars müqavilələrinin şərtlərinin pozulması ilə bağlı ləngimədən beynəlxalq məhkəməyə müraciət etməli, Ermənistan tərəfindən zəbt edilən bütün ərazilərin geri qaytarılmasını tələb etməlidirlər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər