11 Fevral 2016 14:27
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 10-11 tarixlərində Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində Beynəlxalq Yük Daşımaları Kitabçası tətbiq etməklə Beynəlxalq Yük Daşımaları haqqında Gömrük Konvensiyasının (TİR) İnzibati Komitəsinin (AC.2) 63-cü sessiyası keçirilir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sessiyada konvensiyanın İnzibati Komitəsinin sədrliyinə seçkilər keçirilib və Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov İnzibati Komitənin sədri seçilib.

1975-ci ildə imzalanmış Beynəlxalq Yük Daşımaları Kitabçası tətbiq etməklə Beynəlxalq Yük Daşımaları haqqında Gömrük Konvensiyası hazırda yeganə qlobal tranzit sistemidir və ölkələrdə konvensiyanın tələbləri əsasında beynəlxalq tranzit prosedurlarının və gömrük tənzimlənməsi məsələlərini əhatə edir.

Böyük hissəsi Avropa qitəsindən olan 68 ölkə Konvensiyanın üzvü olmaqla, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı konvensiyanın yaratdığı sadələşdirilmiş tranzit və sərhəd-keçid prosedurlarından istifadə olunur.

Son 10 il ərzində illik təxminən 3 milyon BYD kitabçasından istifadə etməklə avtonəqliyyat vasitələri və konteynerlərlə minlərlə ton yüklərin tranzit daşınması həyata keçirilib. 21 yanvar 2016-cı ildən etibarən Pakistan İslam Respublikası konvensiyaya tərəf olub. Eyni zamanda, Çinin də konvensiyaya üzv olması gözlənilir. Afrika, Asiya, Yaxın Şərq və Cənubi Amerika regionlarından olan digər dövlətlər də yaxın gələcəkdə konvensiyaya qoşulmağa maraq göstərirlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər