“Mehriban Hüseynova il yarım İlhamə xanımla işlədi, sonda da nankor çıxdı. İlhamə xanım onun haqqında nə deyibsə, hamısı həqiqətdir. Orada heç bir yalan yoxdur. O, saxta sənədlərlə xalq artistimizin əmlakını mənimsəmək istəyib. Bizdə onun səs yazmaları da var. Hazırda istintaq gedir. İstintaqa aid elə bir sirri var ki, indi açıqlamaq istəmirəm. Bir-iki günə açıqlama verəcəm”.
Bunu Teleqraf.com-a xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova deyib. O, xalq artistinin köməkçisi Mehriban Hüseynovanın istintaqının davam etdiyini bildirib: “Mehriban Hüseynovanın İlhamə xanım haqqında yazdığı məktubdakı ittihamlar boş-boş sözlərdir. Əgər vətəndaş həbsxanada yatırsa, “dustaq”dır. “Dustaq”lar da ağızlarına gələni yaza bilərlər. Amma bu gün İlhamə xanımın həyatda sağ qalmasının, yaşamasının, öldürülməməsinin səbəbkarları var. Allah onlara kömək etsin. Onların arasında bir xanım da var, o olmasaydı, bu gün Allah etməsin, İlhamə xanım həyatda yox idi. Belə ki, İlhamə xanımın oğlu Mehribandan şübhələnib və dostundan kömək etməsini xahiş edib. Mehriban Hüseynova İlhamə xanımı təcrid etmişdi. İlhamə xanıma gələn zənglərə belə o, cavab verirdi. Sənin marağın nə idi? İlhamə xanımın dəstəyi ilə bütün dünyanı, Fransanı gəzdin. Əgər Mehriban cinayətkardırsa, cinayətkardır. Artıq söhbət ola bilməz. Cinayətkara necə deyəsən ki, cinayətkar deyilsən”.
Vəkili İlham Quliyevanın Bakı Şəhər Prokurorluğuna istintaqa çağırışı barədə dı danışıb: “Hazırda İlhamə xanımın ayaqları ağrıyır. Mehribanın dərmanları sayəsində səhhəti pis oldu. Ona görə xəstəxanaya düşdü. Əgər vətəndaş xəstədirsə və istintaqa gələ bilmirsə, müstəntiq evinə gedib, vətəndaşla danışmalıdır. Onun ifadəsini almalıdır. Bu, qanunda belədir. Müstəntiq şikayətlə əlaqədar sorğusunu aparıb. Düzdür, o, ifadə verəndə mənim xəbərim olmayıb”.
E.Məmmədova xalq artistinin oğlu Orxan Nadirovun dostu Vüqar Bəkirovun istintaqa çağrılmasına da aydınlıq gətirib: “Bəzi jurnalistlər yazıblar ki, Vüqarın Binəqədi rayon Məhkəməsində məhkəməsi olub. Xeyr, bu yalandır. Orxanın Vüqarla bağlı məsələsinə gəlincə, bu, istintaq işidir. Aydınlaşdırılmalıdır. Araşdırma aparılır. Saytlar yazdılar ki, guya Vüqar Bəkirovla Orxanı tutublar. Amma düz deyildi. Vüqar Bəkirov hava limanında olmayıb”.
İlhamə Quliyevanın Bakı İstintaq Təcridxanasında saxlanılan köməkçisi M.Hüseynova
Musavat.com-a iki məktub yollayıb və müğənninin ünvanına ciddi ittihamlar səsləndirib. Məktubdan sonra İlhamə Quliyeva istintaqa çağırılıb.
Rəqsanə