12 Fevral 2016 10:05
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər Göygöl, Tovuz və Qazax Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Göygöl, Tovuz və Qazax rayonlarının Ermənistanla həmsərhəd bir sıra kəndlərində keçirilmiş səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi məqsədilə həmin bölgələrdə yaşayan ümumilikdə 1061 nəfərin sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər