Hindistan Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinə qoyulmuş investisiyaların həcmini ikiqat artırmağa hazırdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.
Onun sözlərinə görə, Hindistanın neft şirkətləri Xəzərdə neft yataqlarının işlənməsinə və Bakı-Tbilisi-Ceyhan boru kəmərinə maraq göstərirlər.
Diplomat əlavə edib ki, hazırda AÇG-də Hindistan investisiyalarının həcmi 1 milyard dollar təşkil edir: "Biz bu yatağa eyni həcmdə sərmayə qoya bilərik".
Səfir qeyd edib ki, əməkdaşlığın inkişafı üçün daha bir prioritet istiqamət qaz sahəsidir.