Cəlilabad rayonunda zəlzələ olub.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 11:01-də Cəlilabaddan 19 km şimal-qərbdə Cəlilabad ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.
Zəlzələnin maqnitudası 3,2, dərinliyi 28 km olub.