11 İyun 2014 13:30
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O, hələ bir neçə il də artıq işləmişdi”.

Bunu Axar.az-a Daxili İşlər naziri Ramil Usubovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad etməsi ilə bağlı xəbərə aydınlıq gətirən DİN Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi:

“Bəzi mətbuat orqanlarının yaydığı məlumat kökündən yanlışdır. Nadir Piriyev işdən azad edilməyib. O, son yaş həddi ilə əlaqədar məzuniyyətə göndərilib. Hələ bir neçə il də artıq işləmişdi. Mətbuatda yazırlar ki, guya hansısa korrupsiya faktı ilə əlaqədar işdən azad edilib. Bu, tamamilə yanlışdır”.

Xatırladaq ki, “virtualaz.org” saytı Daxili İşlər naziri Ramil Usubovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevi işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad etməsi ilə bağlı məlumat yaymışdı.


Müəllif: