Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiyadan Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən “Novo-Filə-Şirvanovka” gömrük-keçid məntəqəsinə yubanıb və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar “Yaraq-Qazmalar-Samur” gömrük-keçid məntəqəsinə yönləndirilib.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, nəticədə “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda sıxlığın yaranmasına səbəb olub.
Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması iləqısa vaxt ərzində sıxlıq aradan qaldırılmışdır. Hazırda “Samur”gömrük-keçid məntəqəsinormal rejimdə fəaliyyətini davam etdirir,vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur.