Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirakçılıq Direktoratlığı Prezident yanında Gənclər Fondunu Avropa Şurasının Avropa Gənclər Fondu ilə görüş keçirmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə Fransanın Strasburq şəhərinə dəvət edib.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, fevralın 18-20-də Gənclər Fondunun nümayəndə heyəti Avropa Şurası və Avropa Gənclər Mərkəzinin nümayəndələri ilə bir sıra görüş keçirib. Nümayəndə heyətinə eyni zamanda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru müdiri Fuad Babayev daxil ediliblər.
Səfər çərçivəsində Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahy, Avropa Şurasının Gənclər Departmentinin koordinatoru Marina Filaretova, Avropa Gənclər Fondunun müavini Karen Palliser, Avropa Şurasının Gənclər Departamenının rəhbəri Antje Rothemund və bir çoxları ilə görüşlər keçirilib.
Görüş zamanı Avropa Şurası Gənclər Departamenti, Avropa Gənclər Fondu və Gənclər Fondu arasında olan əlaqələr və yaxın gələcəkdə birgə icra olunacaq layihələr haqqında müzakirələr aparılıb.
Daha sonra nümayəndə heyəti Azərbaycanda gənclər siyasətinin məqsədləri, prinsipləri haqqında Avropa Şurasının nümayəndələrinə məlumat verib və onların sullarını cavablandırıblar.
Bəxtiyar