22 Fevral 2016 17:37
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Almaniyadakı səfirliyində Almaniya Türk-Azərbaycan Dərnəyinin rəhbəri, professor Hakkı Kəskinlə görüş keçirilib.

Görüşdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, səfirliyin əməkdaşları, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin direktoru Heydər Mirzə, Almaniyada Azərbaycanlı Tələbələr Şəbəkəsinin rəhbəri Asif Məsimov, həmçinin azərbaycanlı, türkiyəli ziyalılar və diaspor fəallar da iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilın məlumata görə, görüşdə çıxış edən Hakkı Kəskin Almaniyadakı həyat yolundan danışıb, həmçinin uzun illər ərzində bu ölkədə təşkilatlanma və birgə maraqların qorunması yolunda türklərin keçdiyi təkamül yolu haqqında geniş məlumat verib. O, gənc nəsli, o cümlədən, gənc azərbaycanlıları, yerli türk təşkilatlarında daha aktiv olmağa dəvət edib və Almaniya Türk-Azərbaycan Dərnəyinin növbəti rəhbərinin gənc azərbaycanlılardan seçilməsini təklif edib.

Səfir Pərviz Şahbazov isə qeyd edib ki, müəyyən istiqamətlərdə problemlər olsa da, Türk-Azərbaycan əməkdaşlığı Almaniyada ümumən ciddi və uğurlu inkişaf edir, nailiyyətləri var. Cəmiyyətlər və dərnəklər birgə layihələr həyata keçirir, tədbirlər təşkil edirlər, erməni tərəfinin təbliğatına qarşı əksər hallarda birgə hərəkət edirlər. Bununla yanaşı, P.Şahbazov gələcək əməkdaşlığın perspektiv istiqamətlərini vurğulayaraq Almaniyada Türk-Azərbaycan Dərnəyi üçün birgə fəaliyyətdə əhəmiyyət daşıyan uğurlu faktorlardan da söz açıb.

Daha sonra müzakirələrlə davam edən görüşdə iştirakçılar öz fəaliyyət təcrübələrində rastlaşdıqları problemlərdən və uğurlardan danışıblar. Bildirilib ki, Türk-Azərbaycan Dərnəyi Almaniyadakı fəaliyyətlərində universitetlər və təhsil ocaqlarına daha çox diqqət yetirməlidir, həmçinin fərdi ünlü insanlarla, alimlərə, ekspertlərlə iş daha da güclədirilməli və bu uzunmüddətli xarakter daşımalıdır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər