11 İyun 2014 18:22
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gün ərzində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən 358 vətəndaş qəbul olunub.

Teleqraf.com xəbər verir ki, ümumilikdə Qaynar xəttə 1147 müraciət daxil olub. Xüsusi komissiya təbbi fəalakətin aradan qaldırılması, eləcə də dəymiş ziyanın hesablanması üçün işləyir. Şəhərdə normal həyat bərpa olunmaqdadır. Heç bir tıxac yoxdur. Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnika və canlı qüvvəsi gecə saatlarında küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılmasını həyata keçirir.

Qeyd edək ki, təbbi fəalakət zamanı 1000-dən artıq fərdi yaşayış evlərini su basıb, 800-ə yaxın fərdi və ümumi yaşayış evlərinin dam örtükləri dağılıb, çox sayda işiq dirəkləri, dayanacaqlar, zibil qutuları, oturacaqlar, reklam löhvələri yararsız hala düşüb. Şəhər təsərrüfatına çox ciddi ziyan dəyib.


Müəllif: