Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda dəyirmi masa keçirilir.
Teleqraf.com xəbər verir ki, tədbiri Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təşkil edib.
Dəyirmi masada Dövlət Komissiyasının, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və DTX-nin birgə İstintaq Qrupunun nümayəndələri, QHT təmsilçiləri iştirak edirlər.
Tədbirdə çıxış edən Dövlət Komissiyası İşçı Qrupunun rəhbəri İsmayıl Axundov Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının yaradılması zərurətindən, Prezident İlham Əliyevin Komissiya qarışısında qoyduğu yeni tələb və vəzifələdən danışıb. O müharibə qurbanlarının beynəlxaq sənədlərlər təsbit olunmuş hüquqlarının təmin edilməsi, humanitar fəlakətlərə beynəlxalq təcrübəyə uyğun hüquqi qiymət verilməsi prizmasından Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi barədə məlumat verib.
İ.Axundov qeyd edib ki, ermənilər beynəlxalq hüquq normalarını pozmaqda davam edirlər:
“Ermənistanda artıq bir növ müharibə üzrə ixtisaslaşmış qruplar var idi. Hansı girovun ailəsinin maddi vətiyyətini müəyyən edirdlərsə, onları ailələrinə satırdılar. Erməni əsirliyindən azad olunmuş insanlar üzərində aparılan tibbi müayinələr nəticəsində onlarda yolxucu xəstəliklər aşkar olunub. Bu faciələrin ən ağırı isə Xocalıda baş verənlərdir”.
İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov çıxışında bildirib ki, 6000-dən artıq Azərbaycan vətəndaşı Ermənistanda əsir və girov götürülüb.
Onun sözlərinə görə, indiyə kimi 1435 nəfər şəxs əsir və girovluqdan azad edilib: “Hazırda 3860 nəfər şəxs əsir və girovluqdadır. Bunlardan 3162-i hərbçi, 698 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlı şəxslərdir”.
E.Səmədov qeyd edib ki, 68 Azərbaycan vətəndaşı külli miqdarda pul müqabilində əsirlikdən azad olunub.
Nərgiz