12 İyun 2014 00:12
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Qarabağ bölgəsinə yağan güclü yağış həyatı iflic edib.

Teleqraf.com xəbər verir ki, bəzi rayonlara qısamüddətli dolu düşüb. Yağan yağış Tərtər rayonunda ciddi fəsadlar törədib. Yağış nəticəsində yaranan güclü sel rayonun Borsunlu, Dəmirlər və Sarov kəndlərində fərdi yaşayış evlərinin zirzəmisinə dolub.

Hazırda rayon icra aparatının və Mülkü Müdafiə Qərargahının əməkdaşları hadisə yerindədirlər.

Yaradılan komissiya tərəfindən rayona əhaliyə dəyən ziyanın miqdarı müəyyənləşdirilməsi üçün işlər görülür.


Müəllif: