26 Fevral 2016 11:02
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik ölkədə əhalinin rifahının yüksəlməsi üçün atılan addımlardan danışıb

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüş keçirib.

65 saylı Saatlı -Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilən akademik Ə.Əmiraslanov seçicilərin müraciətləri ilə tanış olub, onların problemləri ilə maraqlanıb. Teleqraf.com xəbər verir ki, YAP Sabirabad rayon təşkilatında keçirilən görüşdə əvvəlcə millət vəkili Əhliman Əmiraslanov çıxış edərək son illər respublikamızda əhalinin rifahının yüksəldilməsi üçün görülən işlərdən söz açıb və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi inkişaf, dövlətin daxili və xarici siyasətində qazanılan uğurlardan bəhs edib. O, bu uğurların davamlı olması istiqamətində atılan addımlardan danışaraq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin olduğunu bildirib.

Sonra seçicilər çıxış edərək məmnuniyyətlə qeyd ediblər ki, Əhliman Əmiraslanov mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, həmişə seçicilərinin dərdinə şərik olub, insanları narahat edən məsələlərin həllində onlara yaxından köməklik göstərib. Daha sonra görüşdə iştirak edən seçicilər müxtəlif səpkidə problemləri ilə əlaqədar deputata müraciət ediblər. Rayon sakinləri bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər. Sabirabadlı seçicilər həmçinin səhiyyə sahəsində müəyyən yardım istəyiblər. Əhliman Əmiraslanov bəzi məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib, seçiciləri narahat edən digər problemlərlə bağlı isə müvafiq strukturların rəhbərlərinə müraciət olunacağını bildirib.

Nemət


Müəllif:

Oxşar xəbərlər