27 Fevral 2016 13:22
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda yarım əsr öncə ləğv edilmiş tramvayların hərəkəti fevralın 27-dən bərpa olunub.

Trend TASS-a istinadən xəbər verir ki, sərnişinlər hazırda uzunluğu 3,5 kilometr olan bir tramvay xəttindən istifadə edəcəklər.

Bir neçə dəfə təxirə salınan tramvay xətlərinin bərpası layihəsinə 200 milyon dollar xərclənib. İlk 6 ayda sərnişinlər tramvaydan pulsuz istifadə edə biləcəklər. Buna səbəb kimi paytaxt meriyasının ödəniş sistemini indiyədək qaydaya salmaması göstərilir.

Vaşinqton meriyası tramvay xəttinin çəkilişini davam etdirmək niyyətindədir. Plana görə, xəttin uzunluğu 59 kilometrə çatdırılacaq.


Müəllif:

Oxşar xəbərlər