29 Fevral 2016 12:39
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi saytlarda mənə qarşı təxribata yol verilib. Guya nəvəm hansısa saytın rəhbərini təhdid edib. Qeyd etmək istəyirəm ki, yazıda qeyd olunan telefon nomresi və foto nəvəmə məxsus deyil".

Bunu Teleqraf.com-a açıqlamasında sabiq deputat Qalib Salahzadə nəvəsinin hansısa sayt rəhbərini təhdid etməsinə dair informasiyalara münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, NetXeber.com İnformasiya Agentliyinin saytında tamamilə jurnalist təxəyyülünün məhsulu olan "Kim bilir: Qalib müəllim itib, yoxsa Qalıb" başlıqlı obyektivlikdən, faktlardan uzaq yazı dərc edilib.

Saytın baş redaktoru Azər Bayramov iddia edir ki, yazı dərc ediləndən sonra sabiq deputatın nəvəsi ona hədə-qorxu gəlib.

Q.Salahzadə bildirir ki, nəvəsi heç vaxt onun işlərinə qarışmayıb: "Hüseyn adlı nəvəm var, amma yaşı azdır. Dərslərini oxumaqla məşğuldur. Onun adından yazışma dərc edilib. Bu, mənə qarşı təxribatdır. Və əminliklə bildirirəm ki, orada yazılanlar həqiqəti əks etdirmir. Bu cür yazılar Azərbaycan jurnalistikasının, bu sahənin nümayəndələrinin adına ləkədir. Yaxşı olardı ki, say rəhbərliyi oxucularından, həmkarlarından və məndən üzr istəsin".

Ayxan


Müəllif:

Oxşar xəbərlər