Bakının Sabunçu rayonunda banka məxsus ödəmə terminalından oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydə alınıb.
“Ekspressbank” ASC-yə məxsus ödəmə terminalının üst qapağını sındıraraq 12 min 801 manat naməlum şəxslər tərəfindən oğurlanıb.
Oğurluq hadisəsinin baş verməsi ilə bağlı bankın təhlükəsizlik şöbəsinin mütəxəssisi, 1978-ci il təvəllüdlü Qabil Balayev Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Hazırda polis əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin müəyyən edilərək, həbs edilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov