3 Mart 2016 15:05
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda mərc oyunlarına nəzarət “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə veriləcək”.


Publika.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Deputat deyib ki, idman mərc oyunlarına nəzarət funksiyasının yeni orqana verilməsi "Bədən tərbiyəsi və idman haqqında" Qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb: “Dəyişikliyə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənir.

Digər dəyişikliyə görə isə, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

Qeyd edək ki, hazırda Azərbaycanda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.


Müəllif:

Oxşar xəbərlər