Vaşinqton Konfrans Mərkəzində martın 31-də Dördüncü Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək. Sammitə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın da qatılacağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Washington Times qəzetinin yazarı Rob Sobhani bu tədbirdə Obama üçün Dağlıq Qarabağ münaqişəsinin həllində nadir şans ələ düşdüyünü deyib.
Onun sözlərinə görə, Obama Sovet imperiyasının dağılmasından sonra yaranan ən problemi münaqişənin həllində təşəbbüsü ələ ala bilər. Qəzetdə dərc edilən məqalədə bildirilib ki, Azərbaycan-Ermənistan və Dağlıq Qarbağ münaqişəsi nəticəsində 1 milyondan çox insan qaçqın həyatı yaşayır və illərdir Ermənistan ordusu Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:
"ABŞ, Rusiya və Fransanın birgə yaratdığı Minsk qrupu münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərir. Vaşinqtonda keçiriləcək sammit prezident Barak Obama üçün münaqişənin sülh yolu ilə həllində yeni başlanğıc ola bilər.
Obama hər iki ölkə prezidenti ilə birlikdə Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması planını hazırlamalıdır".
Samir