4 Mart 2016 16:49
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının xərclər smetası azaldılıb.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarı müzakirəyə çıxarılıb. Layihə parlamentin bu gün keçirilən iclasında qəbul olunub.

Dəyişikliyə əsasən, 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24 faiz azaldılıb. Bununla da 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək.

Xatırladaq ki, ötən ilin oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.

Nemət


Müəllif:

Oxşar xəbərlər