5 Mart 2016 12:33
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula-1" yarışı ilə əlaqədar hazırlıq işləri normal qaydada davam edir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yarışlara hazırlıqla bağlı işlər cədvəl üzrə aparılır: "Onların icrasında hər hansı problem yoxdur. Asfalt örtüyünün hamısı tamamilə dəyişilib. Asfaltın sonuncu qatı aprelin sonu, may ayının əvvəllərində çəkiləcək. Azadlıq meydanında da tikinti işləri aparılır. Orada müvəqqəti qurulan pit-stop binası tikilir. Texnologiyaların və avadanlıqların çoxu gətirilib, bir hissəsi isə yoldadır".


Müəllif:

Oxşar xəbərlər